Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Ukrayna prezidenti Volodimir Zelenskinin Gürcüstan səfirinə məsləhətləşmələr üçün Tbilisiyə qayıtmaqla bağlı tövsiyəsinə münasibət bildirib.

"Unikal" xəbər verir ki, Tbilisi bunu münasibətlərin həddindən artıq kəskinləşməsi kimi qiymətləndirib.

Qeyd edək ki, Ukrayna tərəfi eks-prezident Mixail Saakaşvilinin bu ölkəyə təhvil verilməsini tələb edir.