İranın Kirmanşah əyalətində İranın ballistik raket mağaraları aşkarlanıb.

"Unikal" "Deutche Whelle"-yə istinadən xəbər verir ki, İsrailin "Alma" Tədqiqat Mərkəzi İranın Kirmanşah əyalətində məxfi ballistik raketlər mağarası olduğunu bildirib.

Sözügedən mərkəz "Təngə Kümeşt" və "Pənc Pillə" bölgələrində yerləşən vadidə 100-dən çox yeraltı ballistik raketlər mağarasının yaradıldığını qeyd edib. 

Mərkəzin paylaşdığı videoda "Təngə Kümeşt" vadisində 61 ballistik raket mağaralarının olduğu, həmçinin "Qiyam-1" adlı ballistik raketi də göstərilir.