"Real Madrid" Paris Saint-Germain-dən hücumçu Kilian Mbappenin hüquqlarını alıb .

"Unikal" xəbər verir ki, bu barədə jurnalist Fransua Qallardo öz Twitter səhifəsində yazıb. Onun qeydinə görə, Madrid klubu hücumçu üçün 224 milyon avro ödəyib. 

Daha əvvəl iddia edildiyi kimi, futbolçunun anası artıq PSJ rəhbərliyinə onun klubla müqaviləni yeniləmək fikrində olmadığını bildirib. Klubla futbolçu arasında müqavilə 2023/24 mövsümünün sonunda başa çatır.

İyunun 26-da “Le Parisien” nəşri PSJ-nin prezidenti Nasser Əl-Xelayfinin klubun hələ də futbolçunu müqavilə imzalamağa razı salmaq şansının olduğuna əmin olduğunu bildirib. Xatırladaq ki, Mbappenin müqaviləsi gələn ilin yayında başa çatır. Futbolçu "Real Madrid"ə keçmək ehtimalına baxmayaraq, keçən mövsüm aralıq müddətini uzadıb.

Mbappe ötən mövsüm 29 qolla Fransa Liqa 1-in bombardiri olub.