Rusiya Xarici İşlər Nazirliyi pilotsuz təyyarələrin Moskvaya hücumunda Qərbin əli olduğunu açıqlayıb.

"Unikal" xəbər verir ki, "Kiyev hakimiyyətinə bu cür yardım olmasaydı, baş verənlər mümkün olmazdı" -deyə XİN bildirib.

"Birləşmiş Ştatlar və onun NATO müttəfiqləri Ukraynaya silahlar, o cümlədən pilotsuz təyyarələr, pilotsuz uçuş aparatları operatorlarını öyrətməkdə davam edir və yer səthinin mülki və hərbi peyk şəkilləri də daxil olmaqla, əsas kəşfiyyat məlumatları təqdim edir", - nazirliyin saytında deyilir.

Xarici İşlər Nazirliyi vurğulayıb ki, “bütün bunlar Vaşinqtonu və onun peyklərini Kiyevin Qərb silahlarından istifadə etməklə Qərb pulları ilə planlaşdırdığı və həyata keçirdiyi terror aktlarının hazırlanmasında şərik edir”.