Hindistanın Maharaştra ştatında yük maşını ağır qəza törədib.

"Unikal" xəbər verir ki, maşın əvvəlcə motosikletə, daha sonra avtomobilə, ardınca hotelə çırpılıb.

Qəza nəticəsində 15 nəfər ölüb, 20 nəfər yaralanıb.

Hadisəyə səbəb yük maşınının əyləclərinin sıradan çıxması olub.