İran İslam Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Fərəzmənd diplomatik fəaliyyətini başa vurur. 

"Unikal" xəbər verir ki, bu barədə diplomat "Twitter" səhifəsində yazıb.

Fərazmand Ankarada birlikdə çalışdığı səfirliyin əməkdaşlarına təşəkkürünü bildirib və İranın Türkiyədəki növbəti səfiri Məhəmməd Həsən Həbibullahzadəyə uğurlar arzulayıb.

Yeni səfir əvvəllər Londonda İranın müvəqqəti işlər vəkili vəzifəsində çalışıb və eyni zamanda İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa Departamentinə rəhbərlik edib.

Həbibullahzadə diplomatik fəaliyyəti dövründə Rusiya və İsveçrədə də çalışıb.

Ağarza Elçinoğlu