2024-cü il yanvarın 1-dən Niderlandda məktəblərdə mobil telefonlar, planşetlər və ağıllı saatlar tamamilə qadağan ediləcək.

“Unikal” “Röyters”ə istinadən xəbər verir ki, məqsəd dərslər zamanı diqqəti yayındıran amilləri məhdudlaşdırmaqdır.

Cihazlardan istifadəyə yalnız çox zəruri hallarda, məsələn, rəqəmsal bacarıq dərsləri zamanı, tibbi səbəblərə görə və ya əlilliyi olan insanlar üçün icazə veriləcək.

Nuranə Abbasova