Belarusun nəqliyyat və rabitə naziri Aleksey Avraamenko 47 yaşında qəfil vəfat edib.

"Unikal" xəbər verir ki, bu  barədə BelTA xəbər agentliyi məlumat yayıb. 

2006-cı ildən Avraamenko Belarus Nazirlər Şurasının Nəqliyyat və Kommunikasiya Departamentindən başlayaraq hökumətdə işləyib. 2013-cü ildən Nəqliyyat və Rabitə Nazirliyində nazir müavini, 2016-cı ildən birinci müavin vəzifələrində çalışıb. 2019-cu ildə Avraamenko  nəqliyyat və rabitə naziri vəzifəsinə təyin olunub.  

Gülayə  Mecid