Hökumətin qəbul etdiyi sülh gündəliyinin alternativi yoxdur, çünki sülh bizim suverenliyimiz və təhlükəsizliyimizin ən etibarlı amilidir.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. 

O qeyd edib ki, Ermənistanın xarici təhlükəsizlik sahəsində problemləri var:

"Sülhə nail olmaq üçün bütün qanuni səyləri göstərməliyik ki, bu da açıq və birmənalıdır. Bu mənada Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin həlli üçün müvafiq mexanizmlərin yaradılması və Ermənistan Respublikasının 29 min 800 kvadrat kilometr ərazi bütövlüyünün tanınması əsas məsələdir".

Ağarza Elçinoğlu