Rusiyada "Sberbank" binasına hücum olub. 

"Unikal" xəbər verir ki, bu  barədə "Baza" teleqram kanalı məlumat yayıb. 

Bildirilir ki, naməlum şəxs axşam saatlarında  Krasnoarmeyskaya küçəsində yerləşən “Sberbank” filialını yandırmağa cəhd edib. İlkin məlumata görə, o, binaya “Molotov kokteyli” atıb.

Hadisə yerinə gələn polis əməkdaşları 54 yaşlı yerli sakin Vladimir Rzayevi saxlayıblar. Araşdırma aparılır.  

Seymur Əli