Ağcaqanadlar yay aylarında tez-tez rast gəlinən, dişləmələri allergik reaksiyalara səbəb olan narahatedici həşəratlardır. Həmçinin, ağcaqanadlar malyariya xəstəliyinin yayılmasında əsas rol oynayır.

"Unikal" xəbər verir  ki, gecələr yuxumuzu pozan ağcaqanadların bəzi insanları daha çox dişləməsinin bir səbəbi var. Bu barədə Florida Universitetinin bir neçə entomoloqu tədqiqat aparıblar.  

Araşdırmalar göstərir ki, ağcaqanadlar öz hədəflərini istilik və qoxu vasitəsilə tapırlar. Bəzi insanların daha çox dişləməsinin səbəbi bədən temperaturumuzun və qoxularımızın fərqli olmasıdır. Axşam saatlarında çox tərləyirsinizsə və bədən istiliyiniz yüksəlirsə, bu, ağcaqanadları daha çox cəlb edir.  Məlumata görə, erkək ağcaqanadlar dişləmir, dişi ağcaqanadlar isə dişləyir və qan sovururlar.  

Ağcaqanadların dişləməsinin başqa bir səbəbi qan qruplarımızdakı fərqdir. Araşdırmaya görə, qan qrupu "0" olan insanlar ağcaqanadlar üçün daha cəlbedicidir. 

Florida Universitetinin entomoloqu (insektoloq) Conatan Dayın sözlərinə görə, ağcaqanadların bəzi insanları daha çox dişləməsində paltarların rənglərinin də təsirli olduğunu bildirib. Tünd, mavi və ya qırmızı paltarlar ağcaqanadlara hərəkət edən insanları daha asan aşkar etməyə kömək edir.

Başqa bir nəşr edilmiş elmi araşdırmada spirtli içkilərin ağcaqanadları daha çox cəlb etdiyi bildirilir. Xüsusən də pivədən istifadə edənlərin ağcaqanad dişləmə ehtimalı daha yüksəkdir.

Gülayə Mecid