Rusiya vətəndaşlığını almış ukraynalı Krımda qaz kəmərini partlatdığına görə saxlanılıb.

"Unikal" xəbər verir  ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb. 

"İyun ayında qaz kəmərində baş verən partlayışı araşdıran FTX əməkdaşları iyulun 4-də Ukraynanın Pavlodar şəhərində anadan olmuş 42 yaşlı kişini aşkar ediblər. Qeyd olunur ki, şübhəli şəxs Rusiya vətəndaşıdır və Yaltada qeydiyyatdadır". 

Mənbənin sözlərinə görə, saxlanılan şəxs artıq təxribat törətdiyini etiraf edib.

Partlayış iyunun 23-nə keçən gecə yarımadanın cənub sahilində yerləşən şəhər tipli Koreiz qəsəbəsində baş verib. Qaz kəmərinin zədələnməsi və onun ardınca baş verən yanğın nəticəsində 500-ə yaxın insan müvəqqəti olaraq yanacaqdan məhrum olub.