Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-nin dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. 

Məlumata görə, tərəflər NATO-nun genişləndirilməsi, Vilnüsdə keçiriləcək NATO Liderlər Zirvəsi, Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriyaya transsərhəd yardım mexanizminin uzadılması və Ukraynadakı son hadisələri müzakirə edib. 

Ağarza Elçinoğlu