Almaniyanın Gissen şəhərində nümayişçilər Eritreya festivalında 22 polis əməkdaşını yaralayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları 60 nəfəri həbs edib.

Festival şənbə və bazar günləri Hessen federal əyalətində keçirilir. Qeyd olunur ki, şənbə günü təxminən 100-150 nəfər səddi sökərək, sərgi kompleksinin ərazisinə hasarın üstündən keçməyə çalışıb. 

Nümayişçilər daş və tüstü bombaları atmağa başlayıb, hüquq-mühafizə orqanları gözyaşardıcı qaz və şırnaqlardan istifadə edib.

Ağarza Elçinoğlu