Rusiyanın Volqoqrad vilayətinin Voljski şəhərindəki fabrikdə güclü yanğın baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb. 

Məlumata görə, 2000 kvadratmetr sahə yanaraq kül olub. 

Hadisə yerinə 48 canlı qüvvə, 18 texnika cəlb olunub. Ölən və yaralanan yoxdur.

Ağarza Elçinoğlu