Bu gün Türkiyə xarici işlər naziri Hakan Fidan və Rusiya xarici işlər naziri Seygey Lavrov arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, bu barədə TASS Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Telefon danışığında nazirlər Ukraynadakı vəziyyəti və Qara dənizdə taxıl dəhlizi ilə bağlı məsələni müzakirə ediblər.