Ukrayna prezidenti Volodimir Zelenski NATO-nun qarşıdan gələn sammitində Ukrayna ilə bağlı qərarlar qəbul olunarsa, orada iştirak edəcəyini bildirib .

"Unikal" xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

“Əgər qərar əvvəlcədən qəbul edilibsə, mən Vilnüsə belə getmək istəmirəm  ” deyə Zelenski bildirib.

Onun fikrincə, Ukrayna NATO-da olmadığı halda aydın təhlükəsizlik zəmanəti almalıdır - yalnız belə şəraitdə görüşün mənası olardı.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Zelenskinin Vilnüsdə keçiriləcək alyans sammitində iştirakına əmin olmaq olmaz.

Baş katibin sözlərinə görə, münaqişə fonunda Ukrayna prezidentinin tədbirdə iştirak edəcəyinə “100% əmin olmaq” mümkün deyil. Eyni zamanda, Stoltenberq Ukrayna lideri ilə görüşü “səbirsizliklə gözlədiyini” qeyd edib və əlavə edib ki, onlar artıq bir neçə dəfə danışıblar.

Zelenskinin sammitdə iştirak etmək qərarı onun müttəfiqlərin alyansa üzvlüklə bağlı siqnallarından razı olub-olmamasından asılı ola bilər.