Astara rayonunda gənci elektrik cərəyanı vuraraq öldürüb.

“Unikal” xəbər verir ki, bədbəxt hadisə Astara rayonunun Şuvi kənd inzibati ərazi dairəsinə daxil olan​ Səlivə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 2004-cü il təvəllüdlü Tofiq Abid oğlu Məlikov həyətyanı sahədə sitrus ağaclarını suvarmaq üçün su matorunu işə salıb.

Bu zaman elektrik cərəyanı onu vuraraq öldürüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.