Çilidə 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Məlumata əsasən, yeraltı təkanların episentri Santyaqo şəhərindən 39 km şimal-şərqdə yerləşib. Ocağı isə 104 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.