Bu il yanvarın 27-də baş vermiş silahlı hücumdan sonra fəaliyyəti dayandırılan Azərbaycanın Tehrandakı səfirliyinin təhlükəsizliyi tam təmin olunacaq.

"Unikal" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani bildirib.

"İran öz məsuliyyətini dərk edir və məsuliyyətlə hərəkət edəcək. Təbii ki, Azərbaycanın Tehrandakı səfirliyi mümkün qədər qorunacaq", - Kənani qeyd edib. 

Qeyd edək ki, hazırda yalnız Azərbaycanın Təbrizdəki Baş Konsulluğu fəaliyyət göstərir.

Ağarza Elçinoğlu