Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinin avqustda Türkiyəyə səfərini gözlədiyini bildirib.

“Unikal” TRT-yə istinadən xəbər verir ki, o, bunu NATO sammiti üçün Vilnüsə yola düşməzdən əvvəl deyib.

Ərdoğan qeyd edib ki, əgər Putinin Türkiyəyə səfəri baş tutsa, o zaman iki ölkə başçıları taxıl dəhlizi və Ukrayna münaqişəsi mövzularını mütləq müzakirə edəcəklər.

Eyni zamanda Türkiyə prezidenti əlavə edib ki, Putinin Türkiyənin vasitəçilik səyləri ilə bağlı mövqeyini dəyişəcəyini gözləmir. 

Nuranə Abbasova