Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO sammiti öncəsi ABŞ dövlət katibi Entoni Blinkenlə yenidən əlaqə saxlayıb.

“Unikal” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Onlar NATO-nun genişlənməsi və alyansın Vilnüs sammitinə hazırlıq məsələlərini müzakirə ediblər. 

Qeyd edək ki, iyulun 11-12-də keçiriləcək NATO sammitində alyansın bütün ölkələrinin liderləri bir araya gələcək. 

Nuranə Abbasova