Latviya, Litva və Estoniya NATO - nun hərbi fəaliyyəti üçün hava məkanını açacaq.

"Unikal" xəbər verir ki, bu bəyannamə iyunun 11-də Şimali Atlantika Alyansının sammitində imzalanacaq .

“Sənəddə qeyd olunur ki, müttəfiqlərə Baltikyanı ölkələrin hava məkanından çəkindirmə tədbirləri, gücləndirilmiş nəzarət və genişmiqyaslı təlimlər üçün məhdudiyyətsiz istifadə etmək imkanı verilir”, - deyə məlumatda bildirilir.

Daha əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna prezidenti Volodimir Zelenskinin alyansın 11-12 iyulda Vilnüsdə keçiriləcək sammitində iştirak  edəcəyini açıqlamışdı .

Bundan əvvəl Almaniyanın “Bild” nəşri bir neçə mənbəyə istinadən yazıb ki, Zelenski NATO-nun qarşıdan gələn sammitində alyansa üzv olan bütün ölkələrin başçılarına ölkəsini təşkilata qəbul etmək xahişi ilə açıq müraciət etməyi planlaşdırır.