Bütün ölkələr Ukraynadakı müharibə ilə bağlı Rusiyaya hər hansı yardımı dayandırmalıdır.

“Unikal” xəbər verir ki, bu barədə NATO-nun Vilnüs sammitinin yekunlarına dair dərc olunan yekun kommünikedə deyilir.

"Biz bütün ölkələri Rusiyaya yardım göstərməməyə çağırırıq və Rusiya tərəfində fəal iştirak edənlərin hamısını qınayırıq. Belarus, eləcə də İran Rusiyanın tərəfini tutmağı dayandırmalı və beynəlxalq hüquqa hörmət etməlidir”, - sənəddə deyilir.