İsrailin Baş naziri Binyamin Netanyahu xəstəxanadan evə buraxılıb.

"Unikal" xəbər verir ki, bu barədə “Kan” radiostansiyası məlumat yayıb.

Daha əvvəl bildirilmişdi ki, Netanyahunun səhhəti pis olduğu üçün kortejinin müşayiəti ilə şənbə günü səhər tezdən gəldiyi “Tel HaShomer” xəstəxanasının kardiologiya mərkəzinin həkimləri gecə saatlarında Baş nazirin vəziyyətini müşahidə edəcəklər.