Aİ ölkələrində ukraynalı pilotlar üçün Amerika F-16 qırıcılarını idarə edəcək təlim proqramı iki həftədən sonra başlaya bilər.

"Unikal" xəbər verir ki, bu barədə bazar günü CNN telekanalına müsahibəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

"Biz avropalılar hazır olan kimi F-16-da Ukraynalı pilotların təliminə başlamaq üçün lazımi alətləri təmin edəcəyik. Avropalılar lazımi təlim obyektlərini hazırlamaq üçün bir neçə həftə vaxt lazım olduğunu söylədi", - Sallivan deyib.