Yaxın illərdə Estoniya 1,2 milyard avrodan çox sursat alacaq.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

2024-cü ildən 2027-ci ilə qədər olan dövr üçün hərbi inkişaf planını təsdiqləyən Estoniyanın müdafiə naziri Hanno Pevkur deyib: “Növbəti dörd il ərzində 1,2 milyard avrodan çox sursat alınacaq”.

O qeyd edib ki, ölkənin milli müdafiə xərcləri ÜDM-in üç faizinə qədər yüksəlir.

Estoniya rəhbərliyi hava hücumundan müdafiə sisteminin inkişafı üçün orta mənzilli raket sistemi, eləcə də hava hücumu üçün sursat alacaq. Bundan əlavə, manevr hissələrinin mexanikləşdirilməsi həyata keçiriləcək və hökumət tərəfindən 2022-ci ildə işə salınan sursat ehtiyatlarının doldurulması davam etdiriləcək.