Türkiyənin Hatay vilayətində meşə yanğını səbəbindən sakinlər təxliyə edilib.
"Unikal"
xəbər verir ki, Türkiyənin Hatay vilayətinin Suriyaya bitişik rayonlarından birinin sakinləri  güclü təbii yanğın səbəbindən təxliyə edilməli olub.

Yanğın dağlıq ərazidə yerləşən Belen rayonunda baş verib. Külək səbəbindən yanğın daha da güclənib və bu, səlahiyyətliləri evakuasiya barədə qərar verməyə məcbur edib.

Yanğın helikopterlərlə söndürülür.

Səlahiyyətlilər qonşu əyalətlərdən dəstək istədiklərini bildiriblər.

Öz növbəsində Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bildirib ki, Belendə baş verən yanğının söndürülməsinə 9 təyyarə və 21 helikopter, həmçinin 59 ədəd yerüstü texnika cəlb olunub, söndürülməsinə 375 xilasedici cəlb olunub. O vurğulayıb ki, yanğın “havadan və yerdən kəsilmədən” söndürülür.

TRT-nin məlumatına görə, bu yanğından tüstü Belendən təxminən 40 kilometr uzaqlıqda yerləşən Antakya şəhərində səmanı bulandırıb  .

Türkiyədə isti hava hökm sürür, bəzi yerlərdə havanın temperaturu 45 dərəcəni keçib. Belə ki, Antalyanın Kaş bölgəsində  və Muğlanın Köyceğiz bölgəsində termometrlər 45,9 dərəcəyə çatıb.