"Rusiya bilməlidir ki, İranın qonşuları ilə əməkdaşlığı İran xalqının “qırmızı xətləri”nə, o cümlədən suverenlik və ərazi bütövlüyünə riayət etməsindən asılıdır".

"Unikal" xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.
Qalibaf deyib ki, İran parlamenti Rusiya və Fars Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) İranın üç adası - Əbu Musa, Böyük və Kiçik Tunblarla bağlı birgə bəyanatının məzmununu qəti şəkildə rədd edir.
O, həmçinin qeyd edib ki, İran və Rusiya regionda ümumi maraqlar əsasında müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirən iki mühüm ölkədir.
Bununla belə, Rusiya bilməlidir ki, İranın qonşuları ilə əməkdaşlığı İran xalqının “qırmızı xətləri”nin, o cümlədən ərazi bütövlüyü və suverenliyinin qorunub saxlanmasından asılıdır.