Ukraynanın gələcəyi NATO-dadır və bu müzakirə mövzusu deyil.

"Unikal" xəbər verir ki, bunu "CBS News"a müsahibəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

"Ukraynalılar cənub və şərqdə sərhədlərində cəsarətlə irəliləyirlər. Onlar Rusiya qoşunlarına böyük ziyan vururlar", - o bildirib.

Sallivan vurğulayıb ki, Qərb sanksiyaları sərtləşdirməyə davam etmək, Rusiyanın müdafiə və sənaye bazasını zəiflətmək, onun qabaqcıl texnologiyalar istehsal etmək qabiliyyətini zəiflətmək istəyir.

"Biz Rusiyaya iqtisadi təzyiqi davam etdirəcəyik, ukraynalılar isə Rusiyaya hərbi təzyiqləri davam etdirəcək” , - deyə o qeyd edib.