Rusiya Fövqəladə Hallar Nazirliyinin Krım üzrə  Baş İdarəsi Kerç bərə keçidinin fəaliyyətini müvəqqəti dayandırıb .

"Unikal" xəbər verir ki, dayandırmanın səbəbi açıqlanmayıb.

Həmin gün səhər saatlarında Krım körpüsündə gün ərzində 1400 avtomobilin tıxacda toplandığı bildirilirdi .

Bir neçə gün əvvəl Kerç boğazından keçən bərə də fəaliyyətini dayandırıb. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, bu, güclü külək nəticəsində baş verib.