Türkiyənin Düzce şəhərində minik avtomobili ilə işçiləri daşıyan furqon maşın toqquşub.

"Unikal" xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində 15 nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və polis cəlb edilib.

Yaralılardan birinin vəziyyəti ağırdır. Qəzanın səbəbi barədə məlumat verilməyib.