ABŞ-ın Pensilvaniya ştatında leysan yağışlar selə çevrilib. Təbii fəlakətdə 4 nəfər həyatını itirib, 3 nəfər isə itkin düşüb.

"Unikal" xəbər verir ki, ABŞ-ın Pensilvaniya ştatında yerləşən Upper Makefield qəsəbəsi güclü yağışların əsiri olub.

Polisin verdiyi açıqlamada 4 nəfərin öldüyü bildirilib. Axtarış-xilasetmə işlərinin davam etdiyi bölgədə 9 aylıq körpə, 2 yaşlı uşaq və bir qadın olmaqla 3 nəfərin itkin düşdüyü bildirilib.

Milli Hava Xidmətinin (NWS) verdiyi açıqlamada, Nyu-York, Boston və Filadelfiya kimi böyük şəhərlər də daxil olmaqla, Yeni İngiltərə və Orta Atlantik bölgələrinin leysan yağışına səbəb ola biləcək fırtınaların gözlənildiyi bildirilib. qərbdən yaxınlaşan soyuq hava dalğasından təsirlənir.