Avropa Şurasının prezidenti Şarl Mişel Aİ-nin Ermənistan ərazisindən keçən dəmir yolunun tikintisini maliyyələşdirməyə hazır olduğunu qeyd edib. 

"Unikal" xəbər verir ki, bu barədə Aİ lideri Brüsseldə keçirilən İlham Əliyev-Şarl Mişel-Nikol Paşinyan üçtərəfli görüşündən sonra açıqlayıb. 

Söhbət Naxçıvandan MR-dan Azərbaycana dəmir yolunun bərpasından gedir ki, bu da kommunikasiyanın blokadadan çıxarılması işləri çərçivəsində müzakirə olunur. 

Ağarza Elçinoğlu