Ukrayna Futbol Federasiyası (UAF) Beynəlxalq Futbol Federasiyasına ( FIFA ) və Avropa Futbol Assosiasiyaları İttifaqına ( UEFA ) məktub göndərərək, Krım klublarının turnirlərdə iştirakına görə Rusiya Futbol İttifaqını ( RFS ) cəzalandırmağı tələb edib.

"Unikal" xəbər verir ki, UAF-ın saytında dərc olunub.

“Biz bu cür hərəkətləri FİFA və UEFA-nın nizamnamələrinin və UEFA-nın Krım futbolunun xüsusi statusu ilə bağlı qərarının kobud şəkildə pozulması kimi qiymətləndiririk. Yuxarıda göstərilənləri nəzərə alaraq, UAF yenidən FİFA və UEFA-ya müraciət edərək, dünya və Avropanın rəhbər orqanlarının nizamnamələrinin tələblərinə sübuta yetirilən uyğunsuzluq səbəbindən RFU-nun FİFA və UEFA üzvlüyündən çıxarılmasının mümkünlüyünə baxılması xahişi ilə müraciət edir”, - məktubda deyilir.

FİFA və UEFA ötən ilin yazında Rusiya millisini , eləcə də bütün Rusiya klublarını bu təşkilatların nəzarətində olan bütün yarışlarda iştirakdan kənarlaşdırmaq qərarına gəlib .