Rusiya prezidenti Vladimir Putin Ukraynanı Krım körpüsünə hücumda ittiham edib.

"Unikal" xəbər verir ki, bu barədə o, iclasda bildirib.

"Baş verənlər Kiyev rejiminin növbəti terror aktıdır" deyə o, bildirib.

Onun fikrincə, hücum “məntiqsiz”, hərbi baxımdan isə “heç bir mənası yox idi”.

Bundan əvvəl Putin Krım körpüsünə hücumun nəticələri ilə bağlı hesabatları qəbul edib və nəqliyyatın işini təşkil etməyi, yolda olan insanlara yardım göstərməyi tapşırıb. Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib .

Peskovun aydınlaşdırdığı kimi, prezident baş nazirin müavini Marat Xusnullin , FSB rəhbəri Aleksandr Bortnikov , eləcə də Krımın rəhbəri Sergey Aksenovdan hesabatlar alıb .

O qeyd edib ki, Xusnullin hazırda Krıma uçur. Sözçü əlavə edib ki, vəziyyətlə yerində tanış olduqdan sonra Putin videokonfrans vasitəsilə hesabatlar gözləyəcək və görüş də planlaşdırılır.