Fransa prezidenti Emmanuel Makron hökumətdə dəyişiklik edəcək.

"Unikal" xəbər verir ki, bu barədə BFMTV Yelisey sarayındakı mənbəyə istinadən məlumat yayıb.

Kanal qeyd edir ki, baş nazir Elizabet Born vəzifəsini qoruyub saxlayacaq.

Fransa lideri Nazirlər Kabinetində dəyişiklikləri bu həftənin sonuna qədər açıqlayacaq.

Bundan əvvəl Makron bildirib ki, Ukrayna lideri Volodimir Zelenskinin Qərbdən dəstək tələb etmək hüququ var, o cümlədən ölkənin NATO- ya qəbulu məsələsində. O bunu NATO-nun Vilnüs sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

Fransa rəhbərinin sözlərinə görə, qısa və uzunmüddətli perspektivdə Kiyevə dəstək vermək “beynəlxalq hüquq naminə” Qərb ölkələrinin üzərinə düşür.