ABŞ Hörmüz boğazına F-16 və F-35 qırıcıları, həmçinin USS Thomas Hudne esminesi göndərəcək.

"Unikal" xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Sabrina Sinq bildirib. Belə bir tədbirin məqsədi "ABŞ-ın maraqlarının və naviqasiya azadlığının qorunması" adlanır .

Bu avadanlığın boğaza göndərilməsinə səbəb kimi “Hörmüz boğazında son vaxtlar baş vermiş bir neçə narahatedici hadisə” göstərilib. Esminesin boğazda qalma müddəti müəyyən edilməyib.

Hörmüz boğazı Fars körfəzini cənub-şərqdə Oman körfəzi və Hind okeanını birləşdirir. Boğazın sahillərinə İran , Birləşmiş Ərəb Əmirlikləri və Oman nəzarət edir. Dünyadakı mayeləşdirilmiş təbii qazın üçdə biri və ümumi dünya neft istehlakının demək olar ki, 25%-i boğazdan keçir. Boğazın dünya ticarəti üçün əhəmiyyətinə görə, orada gəmiçilik azadlığına Pakistan , Kanada , Fransa , Almaniya , Böyük Britaniya və ABŞ-ın daxil olduğu Birgə İşçi Qrup nəzarət edir. Qrupun sədrliyi dörd-altı aydan bir dəyişir.

Qeyd edək ki, 3 iyul 1988-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələri boğazda səhvən reaktiv qırıcı olduğu müəyyən edilən İrana məxsus Airbus A300 sərnişin təyyarəsini vurub, 290 nəfər həlak olub.