İyulun 3-dən 9-dək Yaponiyada ən azı 3 964 nəfər istilik vurması səbəbindən xəstəxanaya yerləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə inzibati işlər və kommunikasiyalar naziri Takeaki Matsumoto Tokioda mətbuat konfransında bildirib.

Bildirilib ki, göstəricilər keçən həftə ilə müqayisədə 737 nəfər çoxdur: "Biz əhalini istilik vurması ilə mübarizə üçün əsas tədbirlər görməyə, o cümlədən kifayət qədər miqdarda sudan müntəzəm istifadə etməyə çağırırıq". 

Ağarza Elçinoğlu