Madaqaskar prezidenti Andri Rajoelina gizli şəkildə Fransa vətəndaşlığını aldığını etiraf edib.

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, Rajoelina bu qərarı övladlarının təhsili üçün verdiyini bildirib. Fransa vətəndaşlığının vətənpərvərliyə mane olmadığını əsas gətirən Rajoelina noyabrda keçiriləcək prezident seçkilərində namizəd olub-olmayacağı ilə bağlı məlumat verməyib.

Fransa vətəndaşlığının vətən sevgisinin qarşısını ala bilməyəcəyini vurğulayan Rajoelina 4 fərqli vətəndaşlığı olan Nelson Mandelanı missal çəkib.  misal çəkib. Rajoelina noyabrda keçiriləcək prezident seçkilərində namizəd olub-olmayacağı ilə bağlı məlumat verməyib.

Madaqaskar konstitusiyasına görə, bir şəxs xarici vətəndaş olduqdan sonra Madaqaskar vətəndaşlığını itirir və heç bir seçkidə iştirak edə bilməz.

Rajoelinanın Fransa vətəndaşı olması ilə bağlı şayiələr 2018-ci ildən ortaya çıxıb. Lakin heç bir dəlil olmadığı üçün çox diqqət çəkməyib. Müxalifət isə 2014-cü ildə Fransa vətəndaşı olan, lakin 2018-ci ildə prezident seçilən Rajoelinanın dərhal vəzifəsindən azad edilməsini tələb edir.

Nuranə Abbasova