Hindistanın Haldvani şəhərində iş adamı avtomobilində ölü tapılıb.

"Unikal" xəbər verir ki, istintaqın ilk mərhələsində 30 yaşlı Ankit Çauhanın kilidli olduğu avtomobildə dəm qazından zəhərləndiyi düşünülüb. Ekspertizanın rəyi nəticəsində məlum olub ki, 30 yaşlı iş adamının ölümünə “ilan zəhəri” səbəb olub.

Müşahidə kamerası görüntülərinə və Çauhanın zəng qeydlərinə əsasən onun Mahi adlı qadınla əlaqə saxladığı öyrənilib. Mahi adlı qadının həyatını itirən iş adamının sevgilisi olduğu, onun qətlə görə ilan təlimçisi və 3 dostu ilə razılaşdığı ortaya çıxıb. 

Belə ki, iş adamı spirtli içkidən sonra huşunu itirib.  Daha sonra onun maşınına kobra atılıb. Bunu təşkil edən isə kişinin sevgilisi olub. Polis  qadının və digər 4 nəfərin axtarışına başlayıb.