“Azərbaycanla əlaqələrimiz inkişaf edir, sərhəd və təhlükəsizlik məsələlərində heç bir problemimiz yoxdur”.

“Unikal” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqeri dünən Azərbaycanla sərhəd məntəqəsini ziyarət edərkən deyib.

“İki ölkə arasında iqtisadi əlaqələr hər gün inkişaf edir və dərinləşir. Bu səfər yalnız dövri səfərdir və hər il ölkə sərhədlərində həyata keçirilir”, - deyə Baqeri bildirib. 

Nuranə Abbasova