Hindistanda son vaxtlar etnik gərginliyin yüksək olduğu Manipur əyalətindən gələn görüntülər sosial mediada gündəm yaradıb. 

"Unikal" xəbər verir ki, Yerli Qəbilə Liderləri Forumunun (ITLF) sosial mediada əksini tapan və reaksiyalara səbəb olan görüntülərlə bağlı verdiyi açıqlamada, dəstənin Kanqpokpi bölgəsində bir kəndi yandırdığı bildirilib.  Açıqlamada dəstə üzvlərinin Kuki-Zo etnik qrupuna mənsub olduğu təsbit edilən iki qadına “toplu şəkildə təcavüz etdiyi” vurğulanıb.

Bununla yanaşı, dəstə üzvləri qadınları çılpaq şəkildə küçədə sürükləyiblər.  

Seymur Əli