Böyük Britaniya Rusiyanın "Vaqner" muzdlularına qarşı yeni sanksiyalar tətbiq edib.

"Unikal" xəbər verir ki, bu barədə Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qruplaşmanın Mali və Mərkəzi Afrika Respublikasındakı liderləri İvan Maslov və Vitali Perfilev, həmçinin "Vaqner"in yaradıcısı Yevgeni Priqojinin “sağ əli” hesab edilən Konstantin Pikalov "qara siyahı"ya salınıb.

Ümumilikdə səkkiz nəfər və beş şirkət sanksiyalara məruz qalıb. Sanksiya tətbiq edilənlər arasında Yevgeni Priqojinin Sudanda qızıl hasilatı ilə məşğul olan "M İnvest", eləcə də Sudanın "Maroe Gold" və "Al-Solag Mining Company", Mərkəzi Afrikanın "Lobaye Invest Sarlu" və "Sewa Security" şirkətləri var.