Ukraynanın əvvəlki VII və VIII çağırışların xalq deputatı Yevgeni Murayevə dövlətə xəyanət və vətəndaşların bərabər hüquqlarını pozma maddəsi ilə cinayət işi açılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) məlumat yayıb.

Qeyd olunur ki, “Naşi” partiyasının rəhbəri, keçmiş xalq deputatı Yevgeni Murayevin Ukraynaya qarşı təxribat fəaliyyətində iştirakı ilə bağlı sübutlar toplanıb.

Məlumata görə, Murayev Ukraynanın informasiya məkanında Kreml hekayələrini kütləvi şəkildə yaymaq üçün onun nəzarətində olan “Nash” telekanalından istifadə edib.

"O, Rusiya Federasiyasının maraqları naminə ukraynalıların ictimai rəyini manipulyasiya etmək üçün şəxsi media resursundan məqsədyönlü şəkildə istifadə edib", - SBU qeyd edib. 

Gülayə Mecid