"Pilotsuz Uçuş Aparatları (İHA) və Silahlı Pilotsuz Uçuş Aparatları (SİHA) texnologiyası üzrə dünyanın 3 aparıcı ölkəsi arasındayıq". 

"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə göndərdiyi videomüraciətdə deyib. 

Türkiyə lideri bildirib ki, öz döyüş gəmisini istehsal edən 10 ölkədən biri olan Türkiyə bu sahədə də mühüm ixracatçıdır: "KAAN adını verdiyimiz beşinci nəsil milli döyüş təyyarəmizi təqdim etdik. Biz istehsal proseslərini mərhələli şəkildə həyata keçiririk. Bundan başqa, müdafiə sənayesində iz qoyacaq 850 müxtəlif layihəni böyük titizliklə həyata keçiririk. Keçən il 4 milyard 400 milyon dollarlıq ixrac rəqəminə çatdıq. Bu ilin ilk 6 ayında 2 milyard 378 milyon dollarlıq rekord ixrac səviyyəsinə nail olduq. 2023-cü ildə hədəfimiz 6 milyard dollardır. İnanıram ki, ilin sonuna qədər ixrac hədəfimizə nail olacağıq, hətta bu rəqəmi keçəcəyik".

Ağarza Elçinoğlu