Belarus ərazisində nüvə silahının olması Ukrayna üçün heç nəyi əsaslı şəkildə dəyişmir.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib. 

“Hər kəs əsasən bunun reallıq olduğunu söylədi. Niyə biz bunu inkar etməliyik? Amma əsas odur ki, bu, Ukrayna üçün əsaslı şəkildə nəyi dəyişir? Cavab sadədir - heç nə. Rusiyanın nüvə silahı hələ də Belarus ərazisində qalır. Amma qlobal miqyasda təhlükəsizlik baxımından bu, nə Avropa, nə də Ukrayna üçün heç nəyi dəyişmir”, - deyə o bildirib.