İranda Zahidan şəhərində “Kalaşnikov” avtomatı ilə silahlanan 3 nəfər telefon mağazasına daxil olub. 

"Unikal" İran KİV-lərinə istinadən xəbər verir ki, silahlı şəxslər mağazadakı şəxslərə atəş açıblar. 

Hadisə mağazanın müşahidə kameraları vasitəsilə qeydə alınıb.

Naməlum şəxslər mağazanı qarət etdikdən sonra ərazidən uzaqlaşıblar. Polis axtarış-əməliyyat təbdirləri həyata keçirir.