“Qarabağdakı ermənilər inteqrasiyadan imtina etsələr, hesab edirəm ki, Bakı son nəticədə hərbi vasitələrə əl atacaq”.

"Unikal" xəbər verir ki, bu fikirləri ABŞ Dövlət Departamentinin sabiq əməkdaşı, amerikalı məşhur politoloq Pol Qobl deyib. 

Xankəndidə yaşayan ermənilərin Azərbaycana inteqrasiyası ilə bağlı addımlar atılmalı olduğunu deyən politoloq, bu baş verməsə, Azərbaycanın güc tətbiq edəcəyinə diqqət çəkib:

“Bakı hərbi vasitələrə əl atacaq. Və bu, çoxlarının düşündüyündən daha tez ola bilər. Deyə bilərəm ki, İrəvanda bu mövzular ciddi düşünməyə vadar edir. Lakin Xankəndidəkilər üçün bunu deyə bilmərəm. Qərb nizamlanma istəyir. Xüsusən Rusiyanın zəiflədiyi bir vaxtda Bakı da, İrəvan da bundan faydalana bilər. Mən bütün səviyyələrdə danışıqların tərəfdarıyam. Nə qədər çox danışılarsa, bir o qədər inam yaranar və zorakılıqsız həll ehtimalı bir o qədər çox olar”, - deyə P.Qobl əlavə edib.