Bir sıra donor ölkələr Ukraynaya humanitar minatəmizləmə üçün 240 milyon dollardan çox vəsait ayıracaq.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko öz Facebook səhifəsində bildirib. Onun sözlərinə görə, Kiyev bu vəsaiti iş üçün xüsusi avadanlıq almaq üçün istifadə edəcək.

Donorlarımız, o cümlədən ABŞ, Aİ, Yaponiya, Almaniya, Böyük Britaniya, Norveç, İsveç, İtaliya, Litva, Hollandiya, Danimarka, Kanada, Avstriya, İsveçrə, Koreya və Howard Buffett Fondu humanitar minaların təmizlənməsi üçün Ukraynaya 244 milyon dollardan çox vəsait ayıracaq” .

Sviridenko əlavə edib ki, ilin sonuna qədər Ukrayna hakimiyyəti xarici tərəfdaşlardan bir neçə ədəd xüsusi texnika alacaq: Xorvatiyanın DOK-ING şirkəti Kiyevə minalardan təmizləmək üçün on maşın təhvil verəcək, “Global Clearance Solutions” isə eyni sayda Ukraynaya verəcək.

Bundan əvvəl hərbi ekspert Anatoli Matviyçuk Ukrayna ərazilərinin təmizlənməsinin 5-6 il çəkəcəyini bildirmişdi . Onun fikrincə, Ukrayna hissə-hissə minalardan təmizlənəcək və ölkənin rayonlarının bir hissəsi hasara alınacaq, çünki bütün metal detektorlar minaları aşkar edə bilmir.